Xosenin məhkəməsi başlayır - Oksananı döydüyünə görə...

22 Yanvar 2018 10:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məhkəmədən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün ilkin hazırlıq iclası keçiriləcək. E.Xose Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddədi ilə ittiham olunur. O.Rəsulova məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edir.

Bu maddə ilə təqsirləndirilən şəxsin cinayəti törətdiyi sübuta yetirilərsə, onu pul cəzası, islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, 2017-ci il oktyabr ayında Binəqədi rayon Polis İdarəsinə müraciət edən O.Rəsulova keçmiş əri E.Xose tərəfindən döyüldüyünü bildirib. Həmin zaman Xose saxlanılaraq ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.