Dünya İqtisadi Forumu öz işinə başladı

22 Yanvar 2018 10:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, forumun proqramına əsasən, Prezident İlham Əliyev yanvarın 23-də "Strateji baxış - Avrasiya" (Strategic Outlook – Eurasia) paneli çərçivəsində çıxış edəcək.

Dünya İqtisadi Forumunun beş gün davam edən yığıncağında Dünya Bankının, eləcə də 38 böyük beynəlxalq təşkilatların rəhbərləri, ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniya Baş naziri Tereza Mey də iştirak edəcək.