Məktəblilərin qış tətili ilə bağlı açıqlama

22 Yanvar 2018 10:20 (UTC+04:00)

Təhsil Nazirliyindən AzNews.az-a verilən məlumata görə, 2018-ci dərs ilinin qış tətili 27-31 yanvar tarixlərində olacaq: “Şagirdlər yanvarın 27-də dərsə getməyəcəklər. Fevralın 1-də isə dərs başlayır”.

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) olacaq. Bunlardan əlavə, Yeni il və Novruz bayramı günləri ilə əlaqədar ölkədə qeyri-iş günləri hesab edilən günlərdə məktəblilər dərsə getməyəcəklər.