Evinə girən oğrunun üzünü yandırdı

22 Yanvar 2018 10:32 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 1990-cı il təvəllüdlü Emil Mehralıyev üz nahiyəsindən yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumatlara görə hadisəyə E.Mehraliyev oğurluq məqsədi ilə başqasının evinə icazəsiz daxil olan zaman ev sahibinin içərisi qaynar su dolu çaydanı onun üzünə tərəf atması səbəb olub.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az