AŞPA prezidenti vəzifəsinə bir namizəd var

22 Yanvar 2018 13:09 (UTC+04:00)

"Report"un Fransa bürosunun məlumatına görə, bu, italiyalı deputat Mikele Nikolettidir.

Bu vəzifəyə cəmi 1 namizəd olduğundan seçkilər keçirilməyəcək. M.Nikolettinin namizədliyinin bu gün AŞPA-nın qış sessiyası çərçivəsində təsdiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il oktyabrın 6-da Pedro Aqramunt sağlamlığı ilə əlaqədar AŞPA prezidenti vəzifəsindən könüllü istefasını açıqlayıb.

AzNews.az