Zığda sürüşmə aktivləşdi - Çatlar genişləndi

22 Yanvar 2018 17:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

Onun sözlərinə görə, sürüşmə sahəsindəki çatların parametrləri artıb: “Adları sadalanan bütün bu yerlərdə sürüşmə aktiv fazadadır. Prosesin dinamikası aktivləşdiyindən çatların uzunluğu və eni artıb. Çatlarda 1-2 sm genişlənmə var”.

R.Həsənov qeyd edib ki, Bakının Binəqədi rayonunun, Sabunçu rayonunun Maştağa qəsəbəsinin bəzi ərazilərində, Savalan qəsəbəsində, Yeni Ramana qəsəbəsindəki “Şuşa şəhərciyi”ndə və Abşeron rayonunun Masazır qəsəbəsində Mirzə İbrahimov küçəsi boyunca subasma hadisələrində akltivlik müşahidə edilib:

“Burada atmosfer yağıntılarının təsirindən qrunt sularının qalxması nəticəsində əraziləri su basıb”.