Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

22 Yanvar 2018 20:27 (UTC+04:00)

AzNews.az “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyat nəticəsində 2 terrorçu əsir götürülüb.

Burseya dağından PYD/YPG silahlıları Türkiyənin Kilis şəhərini atəşə tuturdular.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Ötən gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.