280 kiloqram ərzaq məhv edildi

4 Mart 2013 17:32 (UTC+04:00)
Iqtisadi Inkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti dəfə monitorinqlər keçirib.

Abşeron, Tovuz, Bakının Binəqədi və Nərimanov rayonlarında reallaşdırılan monitorinqlər zamanı saxlanma müddəti ötmüş, normativ texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldımı müəyyən edilib.

Ümumilikdə monitorinqlər zamanı 280 kiloqrama yaxın saxlama müddəti ötmüş və normativ texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub və satışdan çıxarılaraq məhv edilib.

Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, qanun pozuntusuna yol verən şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

Ruhiyyə
AzNews.az