Azərbaycan prezidenti “Chevron” şirkətinin vitse-prezidenti ilə görüşüb

22 Yanvar 2018 22:44 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Cey Prayer “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsini nəzərdə tutan müqavilənin müddətinin uzadılması münasibətilə prezident İlham Əliyevi təbrik edib. “Chevron” şirkəti ilə Azərbaycan arasında tərəfdaşlığın yüksək səviyyədə olduğunu deyən Cey Prayer bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını, ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha vurğulayıb.