Bakıda toy yasa döndü - Video

22 Yanvar 2018 23:40 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtdakı restoranların birində baş verib. "Qara Qarayev" metrosunun yaxınlığında yerləşən restorana toya gələn şəxs bir müddət rəqs edib. Daha sonra o yerinə əyləşib. Təxminən 5 dəqiqə sonra onun rəngi qaralıb və bundan sonra ürəyi qəfil dayanaraq dünyasını dəyişib.