Hollivudun ən yaşlı aktrisası vəfat etdi

23 Yanvar 2018 09:02 (UTC+04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, K.Soyer Los-Ancelesdəki evində dünyasını dəyişib.

Konni Soyer 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.

1953-cü ildə karyerasına başlayan Konni Soyer son dəfə 2013-cü ildə kinoya çəkilib.

AzNews.az