Rusiya istehsalı olan tüfəng aşkarlandı - Şam ağacının altında

23 Yanvar 2018 11:02 (UTC+04:00)

Ədliyyə Nazirliyi Penitensiar Xidmətindən AzNews.az-a verilən məlumata görə, Penitensiar xidmətinin Baş idarəsinin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Sabunçu rayonu Pirşağı şossesi 2-ci Sovxoz ərazisində yerləşən yanğınsöndürmə məntəqəsi ilə üzbəüz şam ağacının altında xüsusi üsul ilə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd Rusiya istehsalı olan odlu silah – tüfəng aşkar edilərək götürülüb.

Fakt üzrə Sabunçu rayon polis idarəsinin 15-ci polis bölməsi tərəfindən araşdırma aparılır.