Xatun toy qiymətini endirdi: “Şou əhli bunu yaxşı qarşılamayacaq”

23 Yanvar 2018 11:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənni toy qiymətlərində endirim kampaniyasına start verib. Xatun Əliyeva şou-biznes əhlinin bu addımı yaxşı qarşılamayacağını da vurğulayıb:

“Hər biznesdə müəyyən vaxtlarda endirimlər olur. Nədənsə, toy biznesində bu olmurdu. Axır ki, bunu ilk dəfə Xatun xanım etdi. Yanvar-fevral aylarında endrim kampaniyası ilə heyranlarını sevindirdi. Bəzi müğənnilər yaxşı qarşılamasalar da, bizi bu yerlərə gətirən, dolandıran xalq bu addımı çox bəyənəcək”.

Lakin müğənni endirimin nə qədər olacağı ilə bağlı konkret rəqəm göstərməyib.

Bahar RÜSTƏMLİ
AzNews.az