Azərbaycan 5 pillə irəlilədi - Dünyanın ən yaxşı ölkələri reytinqində

23 Yanvar 2018 12:15 (UTC+04:00)

"Report" xəbər verir ki, reytinq 9 kriteriya (turizm sənayesinin inkişafı, innovasiya, sosial sfera, mədəniyyət, iqtisadi artım tempi, biznesə açıqlıq, əhalinin ümumi həyat səviyyəsi, dünya arenasında güc və təsir səviyyəsi, tarixi irs) əsasında hazırlanıb.

Ötən il Azərbaycan reytinqdə 69-cu yerdə olub, başqa sözlə, ölkə sıralamada 5 pillə irəliləyib.

Azərbaycan həmçinin güc və təsir kateqoriyasında 45-ci, əhalinin ümumi yaşayış səviyyəsi kateqoriyasında 67-ci, turizm sənayesi kateqoriyasında isə 66-cı yerdə qərarlaşıb.

MDB ölkələrindən reytinqə Rusiya (26), Latviya (59), Ukrayna (69), Qazaxıstan (70) və Belarus (72) daxil edilib.

Qonşu ölkələrdən isə siyahıda Türkiyə (36) və İran (77) yer alıb.

"Top-5" ölkələr sırasına İsveçrə, Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya daxil edilib.

Qeyd edək ki, Ermənistan və Gürcüstan bu reytinqə daxil edilməyib.

AzNews.az