İlham Əliyev “VTB Bank”ın idarə heyətinin sədri ilə görüşüb - Yenilənib

23 Yanvar 2018 21:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Andrey Kostin Azərbaycanda fəaliyyətlərini inkişaf etdirmək əzmində olduqlarını vurğulayaraq kapitalın həcmini artırmağa maraq göstərdiklərini bildirib. “VTB Bank”ın prezidenti qarşılıqlı investisiya imkanlarının öyrənilməsinin əhəmiyyətindən danışıb və Azərbaycan Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlıq etdiklərini vurğulayıb. O, bu işlərdə verdiyi dəstəyə görə prezident İlham Əliyevə minnətdarlıq edib.

Prezident İlham Əliyev ölkəmizin “VTB Bank” ilə əməkdaşlığının genişləndirilməsindən məmnunluğunu ifadə edib, Azərbaycan Dövlət Neft Fondunun “VTB Bank”ın fəal səhmdarlarından biri olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan tərəfinin “VTB Bank” ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib və bu əməkdaşlığın ölkəmizdə özəl sektorun fəaliyyətinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.

***

AzNews.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.