İvanaşvili Saakaşvilinin yerinə Azərbaycandan üzr istədi

4 Mart 2013 20:18 (UTC+04:00)



"Saakaşvili 2013-cü ilin oktyabrına, yəni prezidentlik müddəti başa çatana qədər öz məsuliyyəti ilə hərəkət edir və onun mövqeyi Gürcüstan hökumətinin mövqeyini əks etdirmir".

Bu sözlər Gürcüstanın baş naziri Bidzina İvanaşvilinin bu gün yaydığı bəyanatda yer alıb.
Saakaşvilinin son günlərdəki açıqlamalarına diqqəti çəkən baş nazir Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində tədbirlər görüldüyünü vurğulayıb.
Saakaşvilinin bəzi bəyanatlarının həm hökumət, həm dost ölkələr, həm də beynəlxalq təşkilatları çətin vəziyyətə saldığını bildirən baş nazir hökumət adından bütün bunlara görə üzr istəyib. Bəyanatı "Gürcüstan Online" saytı yayıb.

Elnarə Əlosmanqızı
AzNews.az