Aygünlə Natavan barışdı - Video

24 Yanvar 2018 10:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə video-görüntü paylaşılıb. Görüntüdə hər iki sənətçi ötən gün tanınmış radio aparıcısı Kazım Sübhanın doğum gününə dəvət olunub. Şou əhlinin qatıldığı mərasimdə iki “mehriban düşmən” rəqs ediblər.

Qeyd edək ki, Aygün Kazımova Natavan Həbibinin milliyyətcə erməni olduğunu iddia etmişdi. Buna görə də qarşı tərəf məhkəməyə müraciət etmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az