Bakıda ötüşən avtomobil qəza törətdi - Video

24 Yanvar 2018 10:16 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən, gecə saatlarında baş verib.

Belə ki, Nobel prospektində iki “Mercedes” markalı avtomobil ötüşüb. Ötüşmə zamanı “Mercedes”in biri yol qaydalarına zidd olaraq sağdan “Chevrolet” markalı maşını ötüb.

Onun ardınca ikinci “Mercedes” markalı avtomobil də təhlükəli manevri təkrarlamaq istəyib. Lakin sürücü avtomobilin idarəetməsini itirərək “Chevrolet” markalı avtomobilə çırpılıb.

Hadisə videoregistrator vasitəsilə lentə alınıb.

Həmin görüntüləri təqdim edirik: