Jurnalist niyə vəfat edib? - Polisdən açıqlama

24 Yanvar 2018 10:30 (UTC+04:00)

AzNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Səbail RPİ-nin məlumatına görə, hadisə yanvarın 23-də saat 17:50 radələrində baş verib. Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Məlikov Nicat Səməd oğlu Bayıl yaşayış sahəsi, Elşən İsmayılov küçəsi 104-ün qarşısında ayağı və başı səki kənara dəyib. N.Məlikov aldığı xəsarətdən hadisə yerindəcə vəfat edib.

Qeyd edək ki, ilk olaraq N.Məlikovun ürəktutmasından vəfat etdiyi haqda məlumat yayılıb. Ölümün dəqiq səbəbi ekspertiza nəticəsində bəlli olacaq.