Kişi keçmiş arvadını boğaraq öldürdü - Bakıda

24 Yanvar 2018 10:48 (UTC+04:00)

AzNews.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, 1985-ci il təvəllüdlü Rahib Babayev keçmiş həyat yoldaşı 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb.

R.Babayev könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.