MTN-in tutduğu şəxs həbsdə öldü

24 Yanvar 2018 12:41 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin Müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan, 1958-ci il təvəllüdlü Əliyev Fazil İsgəndər oğlu xəstəlikdən ölüb.

Qeyd edək ki, F. Əliyev ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2010-cu ildə keçirdiyi əməliyyat zamanı tutulub. Ondan xeyli miqdarda heroin götürülüb.

AzNews.az