28 yaşlı oğlan özünü asdı

24 Yanvar 2018 12:59 (UTC+04:00)

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Qaracallı kəndində 1990-cı il təvəllüdlü Qafil Əlimərdan oğlu Nəbiyev yaşadığı evdə özünü asaraq, öldürüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Ucar rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az