Ağacları kəsən şəxs 2900 manat cərimələndi

24 Yanvar 2018 14:01 (UTC+04:00)

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə 12-16 sm diametrində 2 ədəd ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusunun fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.

Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona ümumilikdə 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub.