İraqda 50-dək suriyalı hərbçi öldürüdlü

5 Mart 2013 00:34 (UTC+04:00)
İraqın qərbindəki Ənbar əyalətində silahlılar 50-dək Suriya hərbçisini qətlə yetiriblər. APA-nın xəbərinə görə, bu barədə İraqın güc strukturları məlumat yayıb.

Əyalətin Ər-Rutba rayonunda silahlılar 70-dək suriyalı hərbçini daşıyan hərbi kolonnaya hücum ediblər.

Suriya hərbçiləri Yərubiyə şəhəri yaxınlığındakı sərhəd-keçid məntəqəsi müxaliflərin əlinə keçəndən sonra İraq ərazisinə qaçaraq burada gizlənirmişlər. Onlar "Əl-Valid" keçid məntəqəsinə tərəf gedərkən pusquya düşüblər. Hücum zamanı onları qoruyan 10-a yaxın iraqlı əsgər də öldürülüb. İraq ordusunun keçirdiyi əks-hücum nəticəsində bir neçə silahlı məhv edilib.