Türkiyənin məşhur aktrisası Bakıda - “Ürəyimin tam ortasında iz buraxdı...” (Video + Foto)

25 Yanvar 2018 13:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Türkiyənin məşhur "Eşkiya Dünayaya hökümdar olmaz" serialından Əminə obrazı ilə yaxşı tanıdığımız Sevil Aki Bakıya gəlib. Aktrisa sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"2002-ci ildə səhnəyə çıxdığım Azərbaycan Dövlət Musiqili tatrı...Məşq ziyarəti...Teatrın ortaq dili... Teatr binasının yenilənmiş qapısı ürəyimin tam ortasında iz buraxdı..."

Aktrisa bildirib ki, Azərbaycan onun özünü ən rahat hiss etdiyi ölkədir:

"Azərbaycan Dövlət Musiqili teatrın səhnəsi sənətin birləşdirici gücüdür..."