Fazil Mustafa: “Onların bütün ideyalarını bu ssenarist verirsə…”

5 Mart 2013 09:23 (UTC+04:00)
"Bu şəhərdə"nin "Ər işdə" tamaşası Milli Məclisin deputatı Fazil Mustafa ilə "Bu şəhərdə"nin ssenaristi Müşfiq Abbasovu qarşı-qarşıya gətirib. Ssenarist M.Abbasov bu dəfə hətta etik normaları belə gözləmədən F.Mustafanı təhqir edib: "Əqidəsiz insanların fikri bizə maraqlı deyil".

Millət vəkili Fazil Mustafa AzNews.az-a bununla bağlı açıqlamasında bildirdi ki, əsl əqidəsizlik həcc ziyarətinə gedib qayıdandan sonra kişinin qadın paltarı geyinməsindən başlayır:

"Onların səhnədə nə söylədiyi bizi maraqlandırmır. Əqidə sözünün izahını mən onlara öyrədə bilərəm. Əqidə insan üçün Allaha bağlılıq mənasına gəlir. Əqidəsizlik Allaha bağlılığın bir epizodu olan həcc ziyarətinə gedib qayıtdıqdan sonra kişinin qadın paltarı geyinməsindən başlayır. Budur əqidəsizlik. Əqidə və əqidəsizliyin mənasını bilmədən bu ifadəni işlədən bir ssenarist isə heç bir halda uğur qazana bilməz. Əgər onların bütün ideyalarını bu ssenarist verirsə, onların vəziyyətinə həqiqətən ürəyim acıdı".

Bahar Rüstəmli
AzNews.az