Millət vəkili eks-prezidenti “topa tutdu“

5 Mart 2013 11:46 (UTC+04:00)

Milli Məclisin bugünkü iclasında millət vəkili Qüdrət Həsənquluyev Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovu təxribat yaratmaqda ittiham edib. AzNews.az xəbər verir ki, deputat Q.Həsənquliyev Ayaz Mütəllibovun ölkə KİV-lərinə verdiyi müsahibəni şərh edərkən, bununla bağlı bir sıra məsələlərə toxunub:

"Hələ Milli Məclisdə eks-prezidentlər haqqında qanun müzakirə olunan zaman bildirmişəm ki, Ayaz Mütəllibov Rusiyadan Azərbaycana gəldikdən sonra təxribat fəaliyyəti göstərəcək. Mənim dediklərim düz çıxdı. Xocalı faciəsi ilə bağlı son günlərdə dediyi açıqlamalara diqqətlə baxın. Onun bütün bu dedikləri təxribatdır və müəyyən məqsədlərə qulluq edir. Ayaz Mütəllibovun haranın adamı olması artıq bir daha özünü göstərir".