Fazil Mustafa: “Onda Qazilər Şurası qərar qəbul etsin ki...“

5 Mart 2013 15:35 (UTC+04:00)
"Onda Qazilər şurası qərar qəbul etsin ki, həcc ziyarətinə gedən kişilər geri qayıdanda arvat paltarı geyinsinlər". Bu sözləri millət vəkili Fazil Mustafa bildirib. Onun sözlərinə görə, Qazilər şurasının bu fikirlərində yalnışlıq var.

Qeyd edək ki. AzNews.az-a açıqlamasında Qazilər şurasının üzvü Hacı Mirəziz Seyidzadə "Bu şəhərdə"-nin kollektivin müdafiə edib: "Onların pulu səhnədən, qadın paltarı geyməkdən çıxır, geyinsinlər də"

Əlavə eədk ki, Milli Məclisin deputatı Fazil Mustafa saytımıza açıqlamasında "Bu şəhərdə"nin qadın paltarlı aktyorlarının ünvanına belə bir ifadə işlədib: "Əqidəsizlik – Allaha bağlılığın bir epizodu olan həcc ziyarətinə gedib qayıtdıqdan sonra kişinin qadın paltarı geyinməsindən başlayır".

AzNews.az