Arzu Səmədbəyli: “Boykot ziyanlı mövqedir”

5 Mart 2013 15:49 (UTC+04:00)
"Boykot təklifləri olduqca ziyanlı mövqedir və belə bir fikri də bölüşmürük. Müxalifət daxilində seçkidə iştirak, xalqın bu prosesə cəlb edilməsi, seçki şəraitinin dəyişdirilməsi və digər aktual məsələlər gündəm mövzusudur"

Bu fikirləri Müsavat başqanının müavini Arzu Səmədbəyli müxalifətin prezident seçkisini boykot çağırışını şərh edərkən deyib. Belə bir məsələni müzakirə mövzusu saymayan A.Səmədbəylinin sözlərinə görə, seşki təcrübəsində əl atılan boykot taktikası hansısa səmərəni verməyib:

"İndiyə qədərki təcrübələrdən çıxış edərək belə bir mövqedə qalıram ki, ümumiyyətlə boykotla nəyəsə nail olmaq mümkün deyil, belə bir təcrübəyə də təsadüf edilməyib. Boykot taktikasının cəmiyyətə hansısa dərəcədə xeyir verəcəyini düşünürlərsə, onda bu addımın cəmiyyətə nə dərəcədə xeyir verəcəyini də əsaslandırsınlar. Mənə elə gəlir ki, bu məsələnin gündəmə gətirilməsinə, ətrafında müzakirə açılmasına ehtiyac da yoxdur".

Gültəkin
AzNews.az