“Beynəlxalq Universitetə qanunsuz köçürmələrlə bağlı istintaq gedir”

5 Mart 2013 18:00 (UTC+04:00)



R. Zeynalov bildirib ki, onlara 1000-ə yaxın müraciət daxil olub: "Müraciətlərin əksəriyyəti qanunsuz köçürmələrlə bağlıdır. Müraciət edənlər Elşad Abdullayev və onun yaxınları tərəfindən tələbələrdən, onların valideynlərindən Moskva, Mahaçqala filiallarından, həmçinin digər universitetlərdən köçürmələr zamanı alınmış rüşvətlərdən yazıblar. Hazırda bizim əməkdaşımız ABU-nun Yevlaxdakı Qarabağ filialında da araşdırmalar aparır. Biz materialları əvvəl özümüz araşdırıb, sonra Baş Prokurorluğa göndəririk".

R. Zeynalov qeyd edib ki, materialların böyük bir hissəsi Prokurorluğa göndərilib: "Artıq materialların Moskva filialı ilə bağlı böyük bir hissəsinin istintaqı gedir".

Vəkil qeyd edib ki, komitə martın 4-dən Heydər Əliyev prospektində yeni ofis kirayələyib: "Bu gündən ofis avadanlıqla təmin olunur. İşin həcmi çox böyükdür. Hələlik 3 nəfər bu işə cəlb olunub və işçi qrup fəaliyyət göstərir".