Adam vurub qaçan avtobus sürücüsü tutuldu

3 Fevral 2018 13:23 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “İsuzu” markalı avtobusla törədilməsi müəyyənləşib. Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az