Dünyanın diqqətini özünə çəkən azərbaycanlı qadının həyatı dəyişir… – Video

8 Fevral 2018 14:39 (UTC+04:00)

Minval.info xəbər verir ki, stilist həmin bədbəxt hadisə nəticəsində üzü yanan qadınla bağlı maraqlı faktlar açıqlayıb. O bildirib ki, həmin xanım əvvəlcə videosunun sosial şəbəkədə paylaşılmasını istəməyib. Anarın israrından sonra bununla razılaşıb. Stilist söhbəti zamanı eyni zamanda onun qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət aldığını söyləyib.

A.Ağakişiyev həmin xanımla bağlı sevindirici xəbərin də olduğunu qeyd edib. Xaricdə fəaliyyət göstərən həkimlərdən birinin stilistə müraciət edib. Onun sözlərinə görə, tibb mütəxəssisi parlayışdan sonra üzü yanan qadının plastik əməliyyatını öz öhdəsinə götürüb.

Xatırladaq ki, stilistin bu layihəsi dünyanın marağına səbəb olub. Hətta aktrisa Paris Hilton paylaşıma şərh yazaraq, videodan təsirləndiyini və göz yaşlarını saxlaya bilmədiyini qeyd edib.

AzNews.az