Bakıda silah satışı aşkarlanıb
6 Mart 2013 13:08 (UTC+04:00)
Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Şamxal Abışov 1 ədəd "AKMS" markalı silahı və 21 ədəd avtomat patronunu Keşlə qəsəbəsinin ərazisində satarkən tutulub.
AzNews.az