Nazir vəd verdi: “Çörək bahalaşmayacaq“

6 Mart 2013 13:21 (UTC+04:00)



Azərbaycanda fəaliyyət göstərən çörəkbişirmə müəssisələrində istehsal olunan çörəyin qiymətinin artırılması üçün heç bir iqtisadi əsas yoxdur. APA-nın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İsmət Abasov deyib.

Nazir bildirib ki, rəhbərlik etdiyi qurum çörəyin qiymətinin formalaşmasına nəzarət etmir: "Ölkədə taxılın istehsal və idxal həcmləri bəllidir. Bu səbəbdən qiymət artımı üçün heç bir əsas görmürəm".

İ.Abasov qeyd edib ki, bu sahədə qiymətlərin tənzimlənməsini dövlət deyil, çörək istehsalçıları həyata keçirir: "Əgər bahalaşma varsa, bu suallar onlara ünvanlanmalıdır. Xammal necəyə başa gəlirsə, çörəyin qiyməti də buna uyğun tənzimlənir".

AzNews.az