ADNA-da qalmaqal:Universitetin hicablı tələbəsi binaya buraxılmır

6 Mart 2013 14:45 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qalmaqallı olay yaşanır. Bizimxeber.az-a bu dəqiqəlrdə daxil olan məlumata görə, hazırda universitetin 3-cü korpusunun qarşısında səhər saatlarından gəlmiş tələbələrdən biri binaya buraxılmır. Buna səbəb isə tələbənin universitetə hicabla gəlməsidir.

Universitetin tələbələrinin soyuq havada sözügedən hicablı xanımın dərsə hansı səbəbdən buraxılmamasıyla ADNA rəhbərliyi və dekanla maraqlanmaq cəhdi boşa çıxıb. Rektorluq və tələbənin oxuduğu müvafik fakultənin dekanı açıqlama verməkdən boyun qaçıraraq "olmaz!" cavabı verirlər.

Qeyd edək ki, bu sözügedən universitetlə bağlı yaşanan ilk belə hal deyil.

AzNews.az