Avtomobilin üstündə oynayan rəqqasədən DYP-yə cavab: “Zövq alıram...”

10 Fevral 2018 11:01 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Simona Amirova bu dəfə Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsində yolun kənarında avtomobilin üstünə çıxaraq rəqs edib. Qızın rəqsi sürücülərə mane olaraq, onların diqqətini yayındırıb. Simona isə avtomobil üzərində rəqsindən zövq aldığını və hərəkətindən peşman olmadığını bildirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Bölmə rəisi Vaqif Əsədov isə Simona Amirovanın bu rəqsinə görə, idarəyə çağırılacağını və ciddi xəbərdarlıq edilməklə cərimə olunacağını bildirib.

Qeyd edək ki, bundan öncə Simona Amirova avtomobilin üzərinə çıxaraq rəqs etmişdi. Onun bu rəqsini əks etdirən videosu yayıldıqdan sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəqqasəni və onun üzərində rəqs etdiyi avtomobilin sahibinini cərimələmişdi.

Bahar RÜSTƏMLİ
AzNews.az