Azərbaycandan 17246 əcnəbi çıxarılıb

6 Mart 2013 15:30 (UTC+04:00)
Ötən il 17246 əcnəbi Azərbaycan hüdudlarından kənara çıxarılıb. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair parlamentə təqdim etdiyi hesabatda bildirilir. Hesabata əsasən, il ərzində 20655 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi halları aşkar olunub. Onlardan əsas olduğu üçün 3409 nəfərin ölkə ərazisində yaşamaları leqallaşdırılıb.

İl ərzində "qaçqın"statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) 52 əcnəbi (ailə üzvləri ilə birlikdə 108 nəfər) müraciət edib. Onlardan 1 nəfərinə (ailə üzvləri ilə birlikdə 2 nəfər) "qaçqın" statusu verilib, 18 əcnəbi (ailə üzvləri ilə birlikdə 21 nəfər) barəsində "qaçqın" statusu barədə vəsatət təmin olunmayıb. 26 əcnəbiyə (ailə üzvləri ilə 58 nəfər) "qaçqın" statusunun verilməsindən imtina edilib. Hazırda 7 əcnəbinin (ailə üzvləri ilə 27 nəfər) vəsatəti icraatdadır.

Hazırda 3-cü ölkə vətəndaşlarından 49 "qaçqın" statusu almış şəxs (ailə üzvləri ilə birlikdə 68 nəfər) DMX-da qeydiyyatdadır.

AzNews.az