Ermənistan Novruz gəlirindən məhrum oldu

6 Mart 2013 16:04 (UTC+04:00)



. Bu barədə məlumatı Ermənistandakı "Ani plaza" mehmanxanasının direktoru Mkırtıç Qriqoryan verib. Direktor ermənilərin İran turistlərinin ölkəyə gətirdiyi gəlirdən məhrum qalmasının səbəbini qonşu ölkədəki vəziyyətlə əlaqələndirib: "İranda vəziyyət elədir ki, insanlar sadəcə gəzmək əhval-ruhiyyəsində deyillər. Hazırda Ermənistanda demək olar ki, İrandan gələn turist yoxdur.

Qeyd edək ki, Ermənistan mətbuatı hər il Novruz bayramında ölkəyə İrandan 20 minə qədər turistin gəldiyini bildirir. Ancaq ötən ildən başlayaraq iranlı turistlərin sayında kəskin azalma müşahidə olunur.


Elnarə Əlosmanqızı
AzNews.az