Deputat məktəbdə baş vermiş intim biabırçılıqdan danışdı: “Valideynləri qınayıram”

12 Fevral 2018 16:28 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı, Elm və Təhsil Komissiyasının üzvü Kamilə Əliyeva Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində şagirdlər arasında baş vermiş seksual hərəkətlərdən danışarkən deyib. Video-görüntü ilə bağlı məlumatlardan xəbərdar olan deputat, məktəbdə baş verənlərə hüquqi qiymət veriləcəyini qeyd edib: “Bütün bu halların baş verməməsi üçün məktəblərdə təlim-tərbiyə isini nəinki şagirdlər, hətta mən deyərdim ki, valideynlər arasında da gücləndirmək lazımdır. Sovet dövründə məktəblərdə təlim-tərbiyə işləri üzrə direktor müavini statı vardı. İndi bilmirəm o ştat var, ya yox - amma olmalıdır. Biz hadisənin nə vaxt baş verdiyini də bilmirik. Əgər dərs vaxtı baş veribsə, bu, məktəbdə təlim-tərbiyə işinin zəif olmasının göstəricisidir”.

Deputat bu hadisədə təkcə məktəb kollektivini deyil, şagirdlərin valideynlərini də qınayıb: “Hər şeyi məktəbin üstünə atmaq doğru deyil. Bəs valideyn nə üçübdür? Mən bu hadisədə məktəbdən çox valideynləri qınayıram. Hər şey ailədən gəlir”.

Qeyd edək ki, Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində 7-ci sinif şagirdi olan qız ilə 11-ci sinif şagirdi olan oğlan arasında baş vermiş intim münasibətin video-görüntüsü yayılıb. Məsələ ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Bahar RÜSTƏMLİ
AzNews.az