Nazir atasının onu oxutdurmaq üçün satdığı traktoru tapdı və... - Video

12 Fevral 2018 16:30 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, nazir Faruk Özlü həmin traktoru alıb və rəhmətə getmiş atasının evinə aparıb. Belə ki, Əhməd Özlü 1980-ci illərdə universiteti bitirmək istəyən oğlu Faruk Özlü üçün traktorunu satmışdı. Atasının satdığı həmin traktor sayəsində universiteti bitirən Faruk Özlü onu tapıb. Yanvarın 25-də bir təmir dükanında onu tapan nazir traktoru alıb təmir etdirib.

Təmir olunan və boyanan traktoru görən nazir Faruk Özlü çox duyğulanıb. Traktor onun mərhum atasının evinə aparılıb.