11-ci sinif şagirdi ürəyindən bıçaqlandı

13 Fevral 2018 13:11 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.

E. Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az