Azərbaycanda hüquq müdafiəçisi ölümlə hədələnirmiş?

6 Mart 2013 17:25 (UTC+04:00)



Avropa.info-nun məlumatına görə bir neçə gün öncə ölkənin tanınmış hüquq müdafiəçilərindən biri olan Ələkbər Məmmədov BMT-yə müraciət edərək siyasi mühacirət alıb və Azərbaycanı tərk edib.Ona Avropa ölkələrinin birində yaşamaq üçün ailəsi ilə birgə siyasi mühacir statusu verildiyi bildirilir. Əldə etdiyimiz məlumata görə, son dövrlər əsgər ölümləri ilə bağlı qalmaqallı araşdırmalar aparan hüquq müdafiəçisinə ciddi təzyiqlər varmış. Bunun nəticəsi olaraq özü və oğlu dəfələrlə ölümlə hədələnirmiş.

Ələkbər Məmmədovun bir müddət öncə dünyasını dəyişmiş Milli Ordunun əsgəri İbayevin daxili orqanlarının yoxa çıxması ilə bağlı araşdırmalarına görə, Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri tərəfindən hədələndiyi bildirilir.Qeyd edək ki, Müdafiə Nazirliyi bir müddət öncə Ələkbər Məmmədovu məhkəməyə də vermişdi. Hüquq müdafiəçisi vəfat etmiş əsgərlərin daxili orqanlarının çıxarılaraq satılması ilə bağlı bir sıra araşdırmalar aparmışdı.

AzNews.az