Bakının bu rayonuna Heydər Əliyevin adının verilməsi təklif olundu

13 Fevral 2018 15:06 (UTC+04:00)

"Ölkə.Az" xəbər verir ki, bunu Milli Məclisdə “Ələt azad iqtisadi zonası” haqqında qanunun birinci oxunuşda müzakirəsi zamanı deputat Aydın Hüseynov deyib.

O bildirib ki, həm eks-prezident Heydər Əliyevin, həm də prezident İlham Əliyevin Qaradağ rayonunun sosial-iqtisadi inkişafında önəmli rolu olub:

“Ona görə də təklif edirəm ki, Heydər Əliyevin anadan olmasının 95 illiyi illiyi ələqdar Qaradağ rayonununun Heydər Əliyev rayonu adlandırılsın".

AzNews.az