Maradonın müqəddəs arzusu

6 Mart 2013 17:28 (UTC+04:00)


Napolinin unudulmaz oyunçusu Dieqo Armando Maradona məşqçi kimi yetəri təcrübəni qazandıqdan sonra keçmiş klubunu çalışdırmaq istədiyini deyib.

AzNews.az xəbər verir ki, Argentina Milli Komandası və Əl-Vasl klubunda uğursuz məşqçilik dönəmi yaşayan əfsanə Napoliyə başçılıq edəcəyinə inanır.

Qeyd edək ki, Maradona Napoli forması altında 2 dəfə İtaliya A Seriyasının qalibi olub.

Fərid
AzNews.az