Hollivud aktyorunun ailəsi xəstəxananı məhkəməyə verdi

14 Fevral 2018 12:35 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, məşhur Hollivud aktyoru Bill Pekstonun ailəsi aktyorun ölümdə "Sidar Sinay" tibb mərkəzini günahkar bilərək məhkəməyə üz tutub.

Aktyorun ailəsinə görə, həkim əməliyyat riskini nəzərə almayıb. Bill Pekston 2017-ci ildə keçirdiyi əməliyyatdan sonra dünyasını dəyişib. İndi aktyorun həyat yoldaşı və uşaqları xəstəxana işçilərini səhlənkarlıqda ittiham edərək məhkəməyə üz tutublar.

Pekston "Emmi" mükafatı laureatıdır. O, "Terminator", "Yadlar" və "Titanik" kimi filmlərdə rol alıb.