Məmurlara maaşın azlığından şikayətlənmək qadağan ediləcək

6 Mart 2013 21:51 (UTC+04:00)



Nazirlikdə belə hesab edirlər ki, əmək haqqının azlığından gileylənən məmur rüşvət barədə eyham vurur. Buna görə də nazirlik rüşvətin qarşısını bu yolla almağı düşünür. Bu barədə məlumatı "Pravo.ru" yayıb.
Nazirlik məmurlara istifadəsinin qadağan ediləcəyi cümlələrin də siyahısını hazırlayır. Bura "razılaşarıq", "nə edəcəyik?", "həll etmək çətindir, ancaq mümkündür", "sağ ola çörək vermirlər" kimi sözlər daxil ediləcək. Bununla yanaşı dövlət məmuru maaşının azlığından şikayətlənə bilməyəcək.

Elnarə Əlosmanqızı
AzNews.az