Məşhur cütlük məhkəmədə 1 milyon qazandı

15 Fevral 2018 10:30 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu iki məşhur aktyor 2008-ci ildə "Min bir gecə" serialına çəkilirdi.

Bir tikinti şirkəti "serialın finalı bizim tikdiyimiz villada çəkildi" deyə onların fotolarını icazəsiz paylaşıb. Bu fotoları görən Bərgüzar və Xalid şirkəti məhkəməyə verib və 10 ildən sonra məhkəmədə qalib gəliblər. Onların hər biri 500 min lirə qazanıblar.