Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru işdən çıxarıldı

15 Fevral 2018 12:10 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova bu gün səhər saatlarında tutduğu vəzifədən uzaqlaşdırılıb.

Səhiyyə nazirinin əmri ilə o, yenidən Bakıdakı 7 saylı Doğum Evinə baş həkim təyin edilib.

Qeyd edək ki, Leyla Seyidbəyova bundan öncə Bakı Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində işləyib.

Bahar RÜSTƏMLİ
AzNews.az