Ziyalılar Forumu bu gün toplanır

7 Mart 2013 10:37 (UTC+04:00)
Bu gün Ziyalılar Forumunun növbəti toplantısı keçirəcək. Bunu AzNews.az-a forumun üzvü, kinorejissor Eldəniz Quliyev deyib.

E.Quliyevin sözlərinə görə, bu toplatının məqsədi 8 Mart Beynəlxalq Qadınlar Bayramı ilə bağlıdır: "Bu gün Rüstəm İbrahimovun ofisində toplantımız var. Toplantı 8 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə təşkil olunub. Bayramda həmçinin Rüstəm müəllimin Azərbaycan qadınlarına olan təbriki də səslənəcək".

Bahar Rüstəmli
AzNews.az