Azərbaycan - Belarus oyununun hakimləri müəyyənləşdi

16 Fevral 2018 18:47 (UTC+04:00)

AzNews.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Andris Treimanis olacaq.

Ona Haralds Gudermanis və Aleksejs Spasjonnikovs kömək edəcəklər. Hər üç FIFA referisi latviyalıdır.

Qeyd edək ki, martın 23-də Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.